Əsas məzmuna keç

Tovuzda "VAZ" yanıb

Tovuzda "VAZ" yanıb

Tovuzda "VAZ" yanıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib. “112” qaynar telefon xəttinə Tovuz şəhərində...

Tovuzda "VAZ" yanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“112” xəttinə Tovuz şəhərində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində qiymətləndirilərkən yanğının vətəndaş Samir Əliyevə məxsus "VAZ-21011" markalı minik avtomobilində baş verdiyi müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrikinin və salonun yanar hissələri yanıb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…