Operativ Məlumat Mərkəzi

Tovuzda 75 yaşlı kişi minaya düşərək xəsarət alıb - YENİLƏNİB

2 dəq
Paylaş:
Tovuzda 75 yaşlı kişi minaya düşərək xəsarət alıb - YENİLƏNİB

Mayın 27-də rayonunun Əlibəyli kəndi ərazisində partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub

Prokurorluqdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, ilkin araşdırma zamanı qeyd olunan ərazidə mina partlaması nəticəsində 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun xəsarət alması edilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

09:57 ***

Bu gün saat 08 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlaıyışı baş verib.

DİN-in xidmətinin regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Şöbəsinə məlumat daxil olub. Məlumata görə dərhal polis əməkdaşları hadisə yerinə gələrək A.Ələsgərovu xəstəxanaya çatdırıblar.

Onun sol ayağından xəsarət aldığı bildirilir.

Hazırda xəstəxanada müalicəsi davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax