Operativ Məlumat Mərkəzi

Təyyarə qəzası ilə bağlı ilk İFADƏLƏR

2 dəq
Paylaş:
Təyyarə qəzası ilə bağlı ilk İFADƏLƏR
bu barədə Rusiya mənbələri məlumat yayıb. Bildirilib ki, ötən gecə o, şahid qismində dindirilib. İdrisov ilkin ifadəsində əmin olduğunu söyləyib ki, o,...

Hava Yollarına təyyarəni Çeçenistan hava məkanında istiqamətəndirən “Terek” (indiki “Axmat”) klubunun keçmiş futbolçusu Əli İdrisov olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya mənbələri məlumat yayıb.

Bildirilib ki, ötən gecə o, şahid qismində dindirilib.

İdrisov ilkin ifadəsində əmin olduğunu söyləyib ki, o, təyyarə yerə enən zaman hava hücumundan sisteminin işindən xəbəri olmayıb və "Xalça" planı barədə insidentdən beş dəqiqə sonra məlumat alıb.

İdrisov PUA-nın hücumu və hava hücumundan müdafiə sisteminin fəaliyyəti barədə heç bir təsəvvürünün olmadığını iddia edib.

O, insidenti ekipajın verdiyi məlumatlara əsaslanaraq son ana qədər quş sürüsü ilə toqquşma kimi qiymətləndirib.

Əli İdrisovun sözlərinə görə, "Xalça" planının tətbiq edilməsi ona 22-ci dəqiqədə (08:21 radələrində), yəni təyyarə ekipajının hava gəmisinin vurulduğu barədə məlumat verdikdən sonra məlum olub, hansı ki, bu səhvən quş sürüsü ilə toqquşma kimi qəbul olunub.

AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı aparılan araşdırmalar çərçivəsində dispetçer Əli İdrisovdan başqa, Qroznı aerodromunun uçuş direktoru Camlail Bakanayev də dünən axşam dindirilib.

Camlail Bakanaev ilkin ifadəsində əmin olduğunu söyləyib ki, bütün sistemlər işlək vəziyyətdə olub və vəzifələri çərçivəsində onun tərəfindən yoxlanılıb.

Uçuş direktoru kimi o, həmin vaxt Bakı-Qroznı reysinin enməsi üçün heç bir maneə görməyib.

Bakanayev də “Xalça” planının tətbiqi barədə məlumatın insident baş verəndən sonra alındığını təsdiqləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax