Operativ Məlumat Mərkəzi

Tərtərdə qadın qətlə yetirilib, əri şübhəli şəxs qismində tutulub

1 dəq
Paylaş:
Tərtərdə qadın qətlə yetirilib, əri şübhəli şəxs qismində tutulub

Tərtərdə qadın qətlə yetirilib, əri şübhəli şəxs qismində tutulub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, mayın 4-ü saat 12 radələrində rayon sakini, 2003-cü il təvəllüdlü Leyla Məhərrəmovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

araşdırmalarla 2000-ci il təvəllüdlü Sahib Əlizadənin aralarında mübahisə zamanı arvadı Leyla Məhərrəmovanı kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı müəyyən edilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanılıb.

Sahib Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax