Operativ Məlumat Mərkəzi

Temperatur 7 dərəcə enəcək

1 dəq
Paylaş:
Temperatur 7 dərəcə enəcək

Dekabrın 13-ü gündüzdən 14-ü ölkə ərazisində hava şəraitinin arabir yağıntılı , şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya məlumat yayıb.

Bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.

Bakıda və yarımadasında dekabrın 13-ü axşamdan 14-ü gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 13-ü axşamdan 14-ü gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı qeyd olunur. Ayrı-ayrı yerlərdə qısa müddətə leysan xarakterli yağıntının intensiv olacağı, bəzi yerlərdə qara keçəcəyi ehtimalı var.

Yağıntılı ilə əlaqədar çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax