Operativ Məlumat Mərkəzi

Təcili yardım xidməti ödənişli olacaq? - AÇIQLAMA

2 dəq
Paylaş:
Təcili yardım xidməti ödənişli olacaq? - AÇIQLAMA

Yaxın gələcək üçün əhaliyə təcili tibbi yardım xidmətinin ödənişli olması nəzərdə tutulmur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Təcili və Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair keçirilən brifinqdə sualları cavablandırarkən deyib.

O bildirib ki, belə məsələ gündəmdə yoxdur.

V.Qurbanov xatırladıb ki, əhaliyə göstərilən təcili tibbi yardım tam ödənişsizdir: "Bu gün üçün dövlətin bu sahədə əsas hədəfi əhalinin tibbi xidmətə əlçatanlığını təmin etməkdir. Düzdür, dünyanın bir sıra ölkələrində bu xidmət ödənişlidir. Bu da xidmətdən əsassız istifadənin qarşısını almaq üçün tətbiq olunur. Vətəndaşlar bilməlidir ki, xidməti əsassız məşğul etmək həm dövlət büdcəsindən, həm də icbari üzrə nəzərdə tutulan fondun maliyyəsindən sui-istifadə hallarına səbəb ola bilər. Bununla belə, hazırda ödənişli xidmət məsələsi gündəmdə yoxdur".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax