Operativ Məlumat Mərkəzi

TƏBİB qızılca ilə bağlı növbəti dəfə orta yaşlı əhaliyə çağırış edib

2 dəq
Paylaş:
TƏBİB qızılca ilə bağlı növbəti dəfə orta yaşlı əhaliyə çağırış edib

TƏBİB qızılca ilə bağlı növbəti dəfə orta əhaliyə edib.

TƏBİB-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə daxil olan məlumata görə, 11-40 yaşlı əhali qruplarının qızılca xəstəliyindən müdafiəsi üçün 1 dəfə olunması kifayət edir

Qeyd olunub ki, 2023-cü ilin payız mövsümü başlayandan etibarən ölkə ərazisində uşaqlar və böyüklər arasında qızılca xəstəliyinin yayılması davam edir. Epidemioloji vəziyyətin təhlili xəstəlikdən ağırlaşma hallarının, əsasən, qızılcaya qarşı vaksinasiya olunmayan şəxslərdə müşahidə olunduğunu göstərir.

Əhalinin sağlamlığının qorunması və yoluxmaların, həmçinin xəstəliyin ağırlaşmalarının və ölüm hallarının qarşısının alınması məqsədilə əks-epidemik, profilaktik tədbirlər çərçivəsində 10 yaşadək uşaqların Milli Peyvənd Proqramına əsasən peyvəndlənməsi ilə yanaşı, 11-40 yaşlı əhali arasında da peyvəndlənmə tədbirləri aparılır.

Vaxtında qızılcaya qarşı peyvəndlənmədən kənarda qalan, heç vaxt bu xəstəliyi keçirməyən 11-40 yaşlı əhali arasında peyvəndlənmənin aparılması üçün Respublikası tərəfindən ölkəyə idxal edilən vaksin preparatlarının tətbiqinə ötən ilin 27 dekabr tarixindən başlanılıb.

Peyvəndlənmə prosesi Bakı şəhəri və regionlarda uşaq, böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində könüllülük prinsipi əsasında aparılır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax