Əsas məzmuna keç

TƏBİB-in tibb müəssisələrinə yeni direktorlar təyin olunub

TƏBİB-in tibb müəssisələrinə yeni direktorlar təyin olunub

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin...

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni təyin ediliblər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, TƏBİB-in tabeliyində göstərən Şirvan Şəhər Mərkəzi Xəstəxanasına , Tibbi Reabilitasiya Mərkəzinə Rüfət Cabbarlı, Beyləqan Rayon Mərkəzi Xəstəxanasına isə Murad Bayramov təyin olunublar.

Qeyd edək ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təyinat alan Pərviz Rüstəmbəyov bu TƏBİB-in İxtisaslı tibbi yardım departamentində fəaliyyət göstərib.

Tibbi Reabilitasiya Mərkəzinin direktoru Rüfət Cabbarlı bu təyinatadək isə N.Tusi adına Memorial Klinik Xəstəxanasında Fizioterapiya və tibbi reabilitasiya şöbəsinin müdiri kimi çalışıb.

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru Murad Bayramov isə bu təyinatadək sözügedən xəstəxanada direktorun müavini, baş həkim kimi fəaliyyət göstərib.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…