Operativ Məlumat Mərkəzi

Tailand Myanmaya yardım göndərməyə başlayıb

2 dəq
Paylaş:
Tailand Myanmaya yardım göndərməyə başlayıb

ordunun idarə Myanmaya yardım göndərməyə başlayıb, ilk yardım bu gün çatdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"”ə istinadən xəbər verir ki, yardım Myanmada çevrilişin səbəb olduğu qeyri-sabitlik və zorakılıqdan sonra döyüşən silahlı qruplar arasında danışıqlara zəmin yaratmaq məqsədilə həyata keçirilib.

Bildirilib ki, layihə Tailandın humanitar dəhliz yaratmaq üçün daha geniş sülh təşəbbüsünün bir hissəsidir. Bu təşəbbüs isə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) tərəfindən dəstəklənir, bir tərəfdə Myanma ordusu, digər tərəfdə etnik azlıq orduları və müqavimət hərəkatı arasında vətəndaş müharibəsi şiddətlənir.

Tailandın Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı verdiyi açıqlamaya görə, 20 min nəfər üçün nəzərdə tutulan düyü, qurudulmuş qida və digər zəruri əşyaları daşıyan 4000 yardım çantasının ilk partiyası Tailand Qızıl Xaç Cəmiyyəti tərəfindən “Mae Sot-Myawaddy” sərhəd keçidində konvoyda çatdırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax