Operativ Məlumat Mərkəzi

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana səfər edəcək

2 dəq
Paylaş:
Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana səfər edəcək

Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycana səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Tacikistanın naziri Sirociddin Muhriddin bildirib.

Nazir Azərbaycanla əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb: “Bu yaxınlarda cənab İlham Əliyev ölkəmizə işgüzar səfərə gəldi. Səfər çərçivəsində iki ölkənin liderləri bir sıra çox mühüm ikitərəfli sənədlərini imzaladılar. Eləcə də, bir neçə gün bundan əvvəl Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünü təşkil etdik. Cənab İlham Əliyev ölkə başçımız Emoməli Rəhmon tərəfindən görüşə fəxri qonaq qismində dəvət edildi. Biz onun görüşdə iştirakından böyük məmnunluq duyduq”.

“Bu yaxınlarda Azərbaycanda, Bakıda Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqram (SPECA) üzrə sammit keçiriləcək. Tacikistan sammitdə dövlət başçısının rəhbərliyi ilə yüksək səviyyədə iştiraka hazırlaşır", - nazir vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax