Operativ Məlumat Mərkəzi

Şuşa şəhərində avtomat meteoroloji stansiya quraşdırılıb

2 dəq
Paylaş:
Şuşa şəhərində avtomat meteoroloji stansiya quraşdırılıb

Şuşa şəhərində meteoroloji stansiya quraşdırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Şuşa şəhərində keçirilən Respublikasının işğaldan azad ərazilərində məsələlərin qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclasında məlumat verilib.

Bildirilib ki, Şuşa şəhəri ərazisində hidrometeoroloji şəbəkənin bərpası istiqamətində bütün lazımi sensorlarla təchiz edilmiş avtomat meteoroloji stansiyanın quraşdırılması işləri yekunlaşdırılıb. Bu stansiyanın quraşdırılması ilə Şuşa rayonunun iqlim şəraitinin qiymətləndirilməsinə, meteoroloji proqnoz və xəbərdarlıqların dəqiqliyinin artırılmasına nail olunub. Regionda hidrometeoroloji xidmət səviyyəsinin artırılması rayon ərazisində fəaliyyəti nəzərdə tutulan istehsal və kənd təsərrüfatı sahələri üçün çox faydalıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax