Operativ Məlumat Mərkəzi

Sürücülərin nəzərinə! - 19.02.2025

2 dəq
Paylaş:
Sürücülərin nəzərinə! - 19.02.2025

Daxili İşlər Nazirliyinin Baş Dövlət İdarəsi (BDYPİ) şaxtalı hava ilə əlaqədar sürücülərə müraciət edib.

BDYPİ-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, müraciətdə deyilir:

"Sürücüləri şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü normalara uyğun gəlməyən, texniki- baxımından köhnə, “ABS” tormoz sistemləri ilə edilməyən vasitələrinin istismarına yol verməməyə, hərəkət sürətini hava şəraitinə uyğun seçməyə, qəfil manevr və kəskin tormozlamadan çəkinməyə, eləcə də təcrübəsiz sürücüləri qarlı, yollarda sükan arxasına əyləşməməyə çağırır".

Vurğulanıb ki, mexaniki nəqliyyat vasitələrinin sürücüləri yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalı, mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə, bunlardan əlavə avtomobillərin zəncir və dartı kəndiri ilə də təchiz olunmasını təmin etməlidirlər.

Qeyd edək ki, bu gün səhər saatlarında Xızı şəhəri ərazisində yolun buz bağlaması səbəbindən maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

İlkin ehtimala görə “Mitsubishi” markalı avtomobilin sürücüsü buzlu yolda kəskin tormozlama edib və nəticədə sürüşərək qarşıdan gələn “QAZ 31” markalı avtomobillə toqquşub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax