Operativ Məlumat Mərkəzi

Suriyadan daha 6 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

2 dəq
Paylaş:
Suriyadan daha 6 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

Respublikasının hökuməti tərəfindən mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 22 oktyabr 2025-ci il tarixində Ərəb Respublikasından 6 nəfər (2 qadın və 4 uşaq) Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

XİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.

Bildirilib ki, Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan dövlət qurumlarının nümayəndələri Suriyaya ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub: "Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Səfər zamanı vətəndaşlarımızın repatriasiyası ilə bağlı Suriyanın aidiyyəti dövlət qurumları ilə bir sıra görüşlər də keçirilib.

Xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax