Əsas məzmuna keç

Suriya üzrə danışıqların növbəti raundu keçirilib

Suriya üzrə danışıqların növbəti raundu keçirilib

Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə danışıqların növbəti raundu baş tutub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran, Rusiya və nümayəndələrinin Suriya üzrə 20-ci görüşünün yekunlarına dair birgə bəyanatında deyilir.

iyunun 20-də Astanada Rusiya, İran, Suriya və Türkiyənin nazirlərinin müavinləri arasında məsləhətləşmələrin konstruktiv xarakter daşıdığını qeyd ediblər. Türkiyə ilə Suriya arasında münasibətlərin bərpası üçün “yol xəritəsi”nin hazırlanmasının gedişatı (dörd ölkənin müdafiə nazirlikləri və xüsusi xidmət orqanlarının işi ilə əlaqələndirilməklə) müzakirə edilib.

Bu ölkələrin xarici işlər nazirlərinin 2023-cü il mayın 10-da Moskvada və müdafiə nazirlərinin 2023-cü il aprelin 25-də keçirilmiş dördtərəfli görüşlərdə əldə olunmuş razılaşmaların icrası istiqamətində fəal səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər Suriya üzrə 21-ci beynəlxalq toplantının 2023-cü ilin ikinci yarısında keçirilməsi barədə razılığa gəliblər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…