Operativ Məlumat Mərkəzi

Suraxanıda yaşayış binasında yanğın olub

2 dəq
Paylaş:
Suraxanıda yaşayış binasında yanğın olub

Suraxanıda onikimərtəbəli binasında yanğın olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“112” qaynar xəttinə Bakı şəhərinun Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində onikimərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində ikiotaqlı mənzilin eyvanında baş yanğın genişlənməsinə, o cümlədən mənzilin digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 60 m² olan mənzilin eyvanında 5 m² sahədə məişət tullantıları və taxta qırıntıları yanıb.

Yanğın baş vermiş mənzil, habelə digər mənzillər yanğından mühafizə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax