Operativ Məlumat Mərkəzi

Suqovuşana köçən 53 ailəyə evlərin açarları təqdim olunub

2 dəq
Paylaş:
Suqovuşana köçən 53 ailəyə evlərin açarları təqdim olunub

Bu gün Böyük Qayıdış proqramı çərçivəsində Ağdərə rayonunun kəndinə 185 nəfərdən ibarət 53 ailə köçürülüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, keçmiş köçkünlərə doğma ata-baba yurdlarında mənzillərin açarı təqdim edilib və ailələr yeni evlərində yerləşiblər. Bununla da bu günədək Ağdərə rayonunun Suqovuşan kəndinə ümumilikdə 126 ailə köçürülüb.

Açarların təqdimatı mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov kəndə köçən ailələri təbrik edib, onlara firavan həyat arzulayıb. Bildirib ki, ailələrin işlə təmin edilməsi xüsusi diqqətdə saxlanılır.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında , həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax