Operativ Məlumat Mərkəzi

Suqovuşan qəsəbəsində yeni yaşayış məhəlləsinin təməli qoyulub

2 dəq
Paylaş:
Suqovuşan qəsəbəsində yeni yaşayış məhəlləsinin təməli qoyulub

Martın 18-də Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım və qızları Arzu Əliyeva qəsəbəsində inşa olunacaq məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına məhəllə barədə məlumat verib.

Bildirildi ki, ümumi sahəsi 2 hektardan çox olan məhəllədə 25-i birotaqlı, 80-i ikiotaqlı, 75-i üçotaqlı, 10-u isə dördotaqlı olmaqla ümumilikdə 190 mənzil inşa ediləcək.

Məhəllədə, həmçinin futbol, idman və uşaq meydançaları, transformator yarımstansiyası və digər zəruri infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulur. Burada, həmçinin geniş yaşıllıq zolaqları da salınacaq.

İlham Əliyev yaşayış məhəlləsinin təməlini qoyub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Qarabağ

Hamısına bax