Operativ Məlumat Mərkəzi

Sumqayıtda yaşayış binasında yanğın baş verib

2 dəq
Paylaş:
Sumqayıtda yaşayış binasında yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə şəhəri, 8-ci mikrorayon, M.Ə.Sabir küçəsində binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın pilləkən qəfəsliyində baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının lövhəsində 15 ədəd sayğac və elektrik açarları, 1-ci mərtəbədən 5-ci mərtəbəyə qədər şaxta boyunca 15 p.m. elektrik kabeli və 5 ədəd şaxta qapısı qismən yanıb.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən tədbirləri çərçivəsində 3-ü azyaşlı olmaqla 8 nəfər bina sakini təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax