Operativ Məlumat Mərkəzi

Sumqayıtda baş verən cinayətin bəzi təfərrüatları bəlli oldu

2 dəq
Paylaş:
Sumqayıtda baş verən cinayətin bəzi təfərrüatları bəlli oldu

Sumqayıtın Corat qəsəbəsində baş hadisə ilə bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə başlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 2 nəfərin və 4 nəfərin xəsarət alması ilə bağlı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (qətl, iki və daha çox şəxsin öldükdə), 29.120.2.7-ci (iki və daha çox şəxsin öldürməyə cəhd), 228-ci (qanunsuz silah saxlama), 186.2.2-ci ( qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri cinayət işi açılaraq istintaqı aparılır.

İş üzrə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 36 yaşlı Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb.

O, törətdiyi əməli etiraf edib və hadisəni qisas məqsədilə törətdiyini deyib.

Hazırda onun dindirilməsi prosesi keçirilir. Şübhəli şəxs dövlət hesabına vəkillə də təmin edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax