Operativ Məlumat Mərkəzi

Sumqayıt və üç rayonda 130 ağac qanunsuz kəsilib

1 dəq
Paylaş:
Sumqayıt və üç rayonda 130 ağac qanunsuz kəsilib

Baş Prokurorluğun təqibindən kənar idarəsində müxtəlif regionlarda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Baş Prokurorluğun xidməti məlumat yayıb.

Araşdırmalar zamanı şəhərinin Hacı Zeynalabdin qəsəbəsi, Beyləqan rayonunun Sitilçilik qəsəbəsi, Lənkəran rayonunun Günəhir, İsmayıllı rayonunun Quşencə və Diyallı kəndləri ərazisində meşə fonduna daxil olmayan, ümumilikdə 130 ədəd müxtəlifcinsli ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 40 min manatdan çox ziyan vurulması müəyyən edilib.

Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə orqanlarına göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax