Operativ Məlumat Mərkəzi

33-ü uşaq olmaqla ümumilikdə 135 nəfər təxliyə olunub

2 dəq
Paylaş:
33-ü uşaq olmaqla ümumilikdə 135 nəfər təxliyə olunub

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qeyri-sabit ilə əlaqədar fəsadların aradan qaldırılması istiqamətində və təxirəsalınmaz tədbirlər davam etdirilib.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə hazırda Bakı şəhərində, həmçinin Ağstafa və Qusar rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir.

Həmçinin, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində bir sıra ərazilərdə, o cümlədən Bakı şəhərinin ayrı-ayrı istiqamətlərində, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaçmaz, Şabran, Qusar, Xızı, Siyəzən, Samux rayonlarında suçəkmə və təxliyə işləri yekunlaşıb.

nəticəsində su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 33-ü uşaq olmaqla ümumilikdə 135 nəfər təxliyə olunub.

Qeyd edəki ki, yaranan fəsadların aradan qaldırılması tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin 450 nəfərə yaxın şəxsi heyəti və 150-yə yaxın texnikası cəlb edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax