Operativ Məlumat Mərkəzi

Söyüdlüdə şirkətin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb

2 dəq
Paylaş:
Söyüdlüdə şirkətin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb

Söyüdlüdə təbiətə, insanların sağlamlığına təhlükəni nəzərə alaraq şirkətin fəaliyyətinin müvəqqəti olaraq dayandırılması ilə bağlı qərar qəbul edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Komissiyanın ikinci iclasında bu barədə qərar qəbul etdiyini deyib.

Baş nazir bildirib ki, Cəlb edilmiş şirkət tərəfindən aparılacaq qiymətləndirilmənin nəticələrinə və veriləcək tövsiyələrə uyğun olaraq işini təşkil edəcəyi təqdirdə müəssisənin fəaliyyətinin bərpa edilməsi məsələsinə baxıla bilər.

Baş nazir qeyd edib ki, ərazidə fəaliyyət göstərən şirkət tərəfindən növbəti dövrdə istehsalatda müasir texnika və yeni texnologiyaların tətbiqi təmin edilməlidir.\

Bildirilib ki, bu müddət ərzində müəssisə müəyyən edilən bütün nöqsanları aradan qaldırmalı, fəaliyyətini müvafiq qanunvericiliyin tələblərinə uyğun qurmalıdır, o cümlədən işçilər qarşısında sosial öhdəliklərini yerinə yetirməlidir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax