Operativ Məlumat Mərkəzi

Sosial ödəniş təyin olunan müharibə veteranları, əlilləri və şəhid ailəsi üzvlərinin sayı açıqlanıb

2 dəq
Paylaş:
Sosial ödəniş təyin olunan müharibə veteranları, əlilləri və şəhid ailəsi üzvlərinin sayı açıqlanıb

Postmüharibə dövründə şəhid ailəsi üzvləri və müharibə əlilləri, həmçinin müharibə veteranı olan 104 min şəxsə 117 min sosial təyin edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nazirliyin ötən ilki fəaliyyətinə həsr olunmuş konfransında məlumat verib.

Onun sözlərinə görə, bu müddət ərzində 4 039 nəfərə əlillik təyinatı apanlıb: "Həmçinin 22,3 min şəxsə birdəfəlik ödəmə təyin olunub. 20,6 min şəxs üçün məşğulluq tədbirləri görülüb, onlardan 10,4 min şəxs özünüməşğulluq programına cəlb edilib. 11 min nəfərə 56,3 min reabilitasiya göstərilib, həmçinin 460 hərbçi 481 ədəd yüksək texnologiyalı protezlə təmin edilib. 6 min şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə təqdim edilib. İndiyədək imtiyazlı şəxslərə 14,8 min mənzil verilib. 2023-cü ildə müharibə əlillərinə 474 təqdim edilib. Ümumilikdə indiyə qədər imtiyazlı şəxslərə 7 600 avtomobil verilib".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax