Operativ Məlumat Mərkəzi

“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” fərmanda dəyişiklik edilib

2 dəq
Paylaş:
“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” fərmanda dəyişiklik edilib

İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli 973 nömrəli və “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dəyişikliklə ümumi xəstəliklə, hərbi xidmət dövrü ilə, istehsalat zədəsi ilə, peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla, AES-də qəzanın ləğvi ilə, terror hadisəsi ilə əlaqədar səbəblərdən baş verdikdə əlilliyə görə müavinət alanlara şamil edilir.

Artım, həmçinin, əlillik Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar səbəblərdən baş verdikdə təyin olunan müavinətin məbləği şamil olunur.

Bundan başqa, dəyişikliklə əlillik Çernobıl AES-də hərbi xidmət vəzifələrini ( vəzifələri) yerinə yetirməklə və ya hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən baş verdikdə verilən müavinətin də məbləği müəyyənləşdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax