Operativ Məlumat Mərkəzi

Sobyanin: HHM sistemi Moskvaya doğru uçan daha bir PUA-nı vurub - YENİLƏNİB

2 dəq
Paylaş:
Sobyanin: HHM sistemi Moskvaya doğru uçan daha bir PUA-nı vurub - YENİLƏNİB

Müdafiə Nazirliyinin HHM Moskvaya hücum edən daha bir pilotsuz aparatını (PUA) vurub.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxtın meri Sergey Sobyanin öz “Telegram” kanalında yazıb.

"Moskvaya hücum edən daha bir PUA vurulub. Dronun qalıqlarının düşdüyü ərazidə fövqəladə hallar üzrə xidmətlərin mütəxəssisləri işləyirlər", - mer bildirib.

İki saat ərzində Sobyanin paytaxta yönəlmiş üç PUA-nın HHM sistemi tərəfindən zərərsizləşdirildiyi barədə məlumat verib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, HHM qüvvələri saat 12:05-dən 13:55-dək Ukraynanın 14 PUA-sını vurub, onlardan üçü Moskva regionu üzərində zərərsizləşdirilib.

***

Hava Hücumundan Müdafiə (HHM) sistemi Moskvaya pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Sergey Sobyanin məlumat verib.

"Müdafiə Nazirliyinin HHM qüvvələri Moskvaya yönəlmiş pilotsuz təyyarəni vurub. Dron qalıqlarının düşdüyü ərazidə fövqəladə hallar üzrə xidmətlərin mütəxəssisləri işləyirlər", - mer yazıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax