Operativ Məlumat Mərkəzi

Slovakiya XİN İlham Əliyevə təşəkkür edib

1 dəq
Paylaş:
Slovakiya XİN İlham Əliyevə təşəkkür edib

Slovakiya Xarici İşlər Nazirliyi İlham Əliyevə təşəkkür edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, XİN Prezidentinin Slovakiya Robert Fitsoya silahlı hücumu pislədiyi paylaşıma cavab verərək bu dəstəyi yüksək qiymətləndirib.

"Cənab Prezident, şəfqət dolu sözlərinizə və dəstəyinizə görə təşəkkür edirik",-paylaşımda bildirilib.

Xatırladaq ki, ötən gün Slovakiyanın Baş naziri Robert Fitso kabinetin iclasından sonra baş verən atışmada yaralanıb. Atəş Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb. Prezident İlham Əliyev həmin gün bu sui-qəsd cəhdini öz “X” səhifəsində pisləyib.

Robert Fitsoya qarşı sui-qəsd cəhdi məni dərindən sarsıtdı. Mən bu hücumu qəti şəkildə pisləyirəm. Baş nazir Robert Fitsonun, onun ailəsinin və slovak xalqının yanındayıq. Ona tezliklə şəfa tapmasını arzulayıram”, qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax