Operativ Məlumat Mərkəzi

Siyavuş Novruzov: Qohum nikahının qadağasının Gürcüstan azərbaycanlılarına aid olmaması üçün variant tapmaq lazımdır

2 dəq
Paylaş:
Siyavuş Novruzov: Qohum nikahının qadağasının Gürcüstan azərbaycanlılarına aid olmaması üçün variant tapmaq lazımdır

Milli Məclisin Regional məsələlər komitəsinin sədri qohum evliliyinə qadağa məsələsində azərbaycanlıları üçün müəyyən variantların tapılmasını təklif edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxış edən deputat qeyd edib ki, digər ölkə vətəndaşlarına edilən qaydaları Gürcüstanda yaşayan azərbaycanlılara tətbiq etmək düzgün deyil.

“Çox sayda Gürcüstanda yaşayan azərbaycanlı həmvətənlərimiz müraciət edib. Bizim qəbul etdiyimiz maddə avtomatik olaraq onlara da tətbiq edilir. Bir qohumu Azərbaycanda yaşayır, vaxtilə köçüb, gəlib. Digər qohum isə orda yaşayır. Xalanəvəsidir, bibinəvəsidir, uzaqqohumdur, gəlir evlənmək istəyir. Elə olur ki, pakistanlıya tətbiq etdiyimiz maddəni Gürcüstanda yaşayan azərbaycanlılara da tətbiq etmiş oluruq. Onlar başqa ölkə vətəndaşı olsa da, milliyyətcə Azərbaycanlıdır. Mən hesab edirəm ki, gələcəkdə, heç olmasa Gürcüstan azərbaycanlıları üçün bir tapmalıyıq ki, onların evlənməsində, ailə qurmasında problem yaşanmasın”, - deputat bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax