Əsas məzmuna keç

Siyasi partiya nümayəndələri, politoloq və digər ekspertlər azad olunan ərazilərə səfərə gediblər

Siyasi partiya nümayəndələri, politoloq və digər ekspertlər azad olunan ərazilərə səfərə gediblər

səfərdə Xankəndinin görməli yerlərinin, Əsgəran qalasının və Xocalının ziyarət olunması nəzərdə tutulur. Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü...

Azərbaycanda fəaliyyət göstərən siyasi partiya nümayəndələri, və siyasi şərhçilər, habelə internet televiziya kanallarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər növbəti birgə səfər çərçivəsində Administrasiyasının təşkilatçılığı ilə Xankəndi, və Xocalıya yola düşüblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, səfərdə Xankəndinin görməli yerlərinin, Əsgəran qalasının və Xocalının ziyarət olunması nəzərdə tutulur.

Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi münasibətlər müstəvisində təşviq olunan sağlam siyasi dialoq mühiti çərçivəsində olunan bu səfər sayca beşincidir. Bundan öncə ölkə siyasilərinin birgə səfərləri Ağdam, Şuşa (2 dəfə) və Zəngilana təşkil olunub. Partiya rəhbərlərinin və politoloqların ilk birgə səfəri 2021-ci ilin martın 17-də Ağdam şəhərinə, ikinci birgə səfəri 2021-ci il oktyabrın 7-də Şuşa şəhərinə təşkil edilib.

Növbəti səfər çərçivəsində siyasilər Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə 2022-ci ilin iyunun 15-də Şuşa şəhərində keçirilmiş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” adlı konfransda iştirak ediblər. 2022-ci il iyunun 24-də gerçəkləşmiş dördüncü birgə səfərin ünvanı Zəngilan olub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…