Operativ Məlumat Mərkəzi

Silahlı hücum törədən şəxslər zərərsizləşdirildi - YENİLƏNİB

2 dəq
Paylaş:
Silahlı hücum törədən şəxslər zərərsizləşdirildi - YENİLƏNİB

Martın 4-ü saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində hipermarketlərdən birində silahlı baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-dən verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli şəxslərdən biri - 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z. Tağıyev küçəsindəki 19 saylı binada gizlənməsi müəyyən edilib.

O, saxlanılarkən avtomat silahdan polis əməkdaşlarına qarşı göstərib. Görülmüş tədbirlərlə o, zərərsizləşdirilib.

Cinayəti törətməkdə şübhəli bilinən digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcək.

21:49 ***

Xətai rayonunda cinayət əməlini törətməkdə şübhəli bilinənənlərdən bir nəfər saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polisə silahlı müqavimət göstərən bir nəfər məhv edilib.

"Əməliyyat tədbirləri davam edir. Əlavə məlumat veriləcəkdir", - deyə nazirlikdən bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax