Operativ Məlumat Mərkəzi

Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi qaydası və meyarları təsdiqlənib

2 dəq
Paylaş:
Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi qaydası və meyarları təsdiqlənib

Şəxsin yüksəkixtisaslı hesab olunmasının qiymətləndirilməsi qaydası və meyarları təsdiqlənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə qərar imzalayıb.

Əcnəbilərin müraciətlərinin qəbulu və cavablandırılması bu məqsədlə və “bir pəncərə” prinsipi əsasında fəaliyyət göstərən “Yüksəkixtisaslı miqrant” portalı vasitəsilə təmin ediləcək.

Əcnəbilərin portala daxil etdikləri müraciətlərinə Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemində yaradılan “Yüksəkixtisaslı miqrantlar” altsistemi vasitəsilə baxılacaq.

Qiymətləndirilmə meyarları üzrə dövlət orqanları bal təyin edəcək və yekunda bütün ballar cəmlənəcək.

Verilmiş balların cəmi azı 70 bal olduqda əcnəbi yüksəkixtisaslı miqrant hesab olunması üçün nəzərdə tutulan keçid balını toplamış hesab olunacaq.

Şəxsin yüksəkixtisaslı miqrant hesab olunması sənədlə rəsmiləşdirilir və elektron sənəd 5 il müddətinə veriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax