Operativ Məlumat Mərkəzi

Bakıda sexin dağıntıları altından daha bir nəfərin meyiti tapılıb, ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB

1 dəq
Paylaş:
Bakıda sexin dağıntıları altından daha bir nəfərin meyiti tapılıb, ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonu, A. küçəsində sexdə baş partlayış nəticəsində altında qalan daha bir nəfərin cəsədi tapılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, -xilasetmə əməliyyatı nəticəsində tapılan meyit aidiyyəti üzrə təhvil verilib.

Bununla da ölənlərin sayı 9 nəfərə çatıb.

***

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən daha bir nəfərin cəsədi tapılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirlikdən bildirilib.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 7 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax