Əsas məzmuna keç

Səudiyyə vəliəhdi Trampdan Qətər modelinə bənzər təhlükəsizlik zəmanəti ala bilər

Səudiyyə vəliəhdi Trampdan Qətər modelinə bənzər təhlükəsizlik zəmanəti ala bilər

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi bin Salman Əl Səudun Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Trampdan ölkəsinin təhlükəsizliyini gücləndirəcək xüsusi zəmanətlər alacağı gözlənilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentliyin məlumatına görə, Tramp vəliəhdə sentyabr ayında Qətərə verilən təminatlarına bir sərəncam təqdim edə bilər. Həmin sərəncamda ABŞ Qətərin ərazisinə, suverenliyinə və infrastrukturuna qarşı istənilən silahlı hücumu “ABŞ-nin sülh və təhlükəsizliyinə təhdid” kimi qiymətləndirəcəyini bəyan etmişdi. Vaşinqton belə halda diplomatik, iqtisadi və zəruri olarsa, hərbi tədbirlər görəcəyini açıqlamışdı.

Mənbələr bildirir ki, ABŞ-dən F-35 qırıcı təyyarələri almaqda da maraqlıdır və Tramp bu satışa yaşıl işıq yandırıla bilər.

Məhəmməd bin Salmanın 2018-ci ildən bəri ilk Vaşinqton səfəri 18 noyabrda baş tutacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…