Operativ Məlumat Mərkəzi

Sərhəddən 24 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

1 dəq
Paylaş:
Sərhəddən 24 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və tədbirləri nəticəsində may ayının 1-də 16 550 qram, may ayının 2-də isə 8 kiloqram 118 qram marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax