Operativ Məlumat Mərkəzi

Sərhəddə təxribat - narkotik keçirilməsinin qarşısı alındı

1 dəq
Paylaş:
Sərhəddə təxribat - narkotik keçirilməsinin qarşısı alındı

Oktyabrın 14-də saat 00:45-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonu Abdinli kəndi yaxınlığında sərhəd zastavasının ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, keçirilmiş sərhəd axtarışı və tədbirləri nəticəsində ümumi çəkisi 23 kiloqram 962 qram (16 kq 704 qr marixuana, 4 kq 610 qr tiryək, 0.306 kq metamfetamin və 1590 ədəd Metadon M-40 psixotrop tərkibli həb) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax