Operativ Məlumat Mərkəzi

Şənbə gününün hava proqnozu açıqlanıb - 24.01.2025

1 dəq
Paylaş:
Şənbə gününün hava proqnozu açıqlanıb - 24.01.2025

Bakıda və yarımadasında yanvarın 25-də hava şəraitinin dəyişkən buludlu , arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, gecə və axşam bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var.

Şimal-qərb əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gecə bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, az qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° , gündüz 2-7° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax