Operativ Məlumat Mərkəzi

Şənbə günü havanın temperaturu 29 dərəcəyədək yüksələcək

1 dəq
Paylaş:
Şənbə günü havanın temperaturu 29 dərəcəyədək yüksələcək

Bakıda və yarımadasında martın 15-də hava şəraitinin dəyişkən buludlu , əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, axşam bəzi yerlərdə arabir duman olacaq.

Cənub- gündüz -qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-12° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-8° isti, gündüz 18-23° isti olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax