Əsas məzmuna keç

Şəmkirdə narkotik satan və alan şəxslər saxlanılıb - 25.04.2023

Şəmkirdə narkotik satan və alan şəxslər saxlanılıb - 25.04.2023

Şəmkirdə narkotik satan və alan şəxslər saxlanılıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Şəmkir rayon...

Şəmkirdə narkotik satan və alan şəxslər saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Şəmkir rayon Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli bilinən Turab Həsənov saxlanılıb. Üzərindən “” aşkarlanan şəxs narkotik “Miki” adı ilə tanıdığı həmyerlisindən aldığını bildirib.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində T.Həsənova narkotik maddəni 50 manata satan Şəmkir rayon sakini M.Zamanov saxlanılıb. Üzərindən müxtəlif bükümlərdə “heroin” və “marixuana” aşkar edilən M.Zamanovun yaşadığı fərdi yaşayış evindən isə 2 ədəd torbada ümumi çəkisi 5 kq 110 qram narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb. Dindirilmə zamanı M.Zamanov narkotik maddəni onlayn yolla İran vətəndaşından aldığını etiraf edib.

Faktlarla bağlı Polis Şöbəsində başlanılıb araşdırmalar davam etdirilir.

Foto qalereya

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…