Operativ Məlumat Mərkəzi

Sel səbəbindən köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib

2 dəq
Paylaş:
Sel səbəbindən köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib

ərazisində davam edən qeyri-sabit və yağmurlu bir sıra fəsadlara səbəb olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, intensiv yağışlar səbəbindən Tərtər rayonunun Dəmirçi kəndinə sel gəlməsi nəticəsində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Görülmüş tədbirlər nəticəsində 1958-ci il təvəllüdlü Yusif Qarayev və 1960-cı il təvəllüdlü Müşkünaz Qarayeva xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunublar.

Bundan əlavə, Goranboy rayonun Azad kəndinə sel gəlməsi nəticəsində bir sıra fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərin subasmaya məruz qalması ilə əlaqədar FHN-in Aran Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb olunub.

Hazırda yağıntıların fəsadlarının aradan qaldırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax