Sel səbəbindən köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib

Sel səbəbindən köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib
01.07.2023 12:20
Aa
dəq

Azərbaycan ərazisində davam edən qeyri-sabit və yağmurlu hava şəraiti bir sıra fəsadlara səbəb olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN)Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, intensiv yağışlar səbəbindən Tərtər rayonunun Dəmirçi kəndinə sel gəlməsi nəticəsində 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində 1958-ci il təvəllüdlü Yusif Qarayev və 1960-cı il təvəllüdlü Müşkünaz Qarayeva xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunublar.

Bundan əlavə, Goranboy rayonun Azad kəndinə sel gəlməsi nəticəsində bir sıra fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərin subasmaya məruz qalması ilə əlaqədar FHN-in Aran Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb olunub.

Hazırda yağıntıların fəsadlarının aradan qaldırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Həftənin ən çox oxunanları

Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib

Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib
DAVAMIN OXU davamın oxu

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
DAVAMIN OXU davamın oxu

8 noyabr prospektində görülən işlər nə vaxt yekunlaşacaq?

8 noyabr prospektində görülən işlər nə vaxt yekunlaşacaq?
DAVAMIN OXU davamın oxu

Azərbaycan xüsusi təyinatlıları təlimdə - VİDEO

Azərbaycan xüsusi təyinatlıları təlimdə - VİDEO
DAVAMIN OXU davamın oxu

Kərə yağı bahalaşıb?

Kərə yağı bahalaşıb?
DAVAMIN OXU davamın oxu