Operativ Məlumat Mərkəzi

Şəkidə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib

1 dəq
Paylaş:
Şəkidə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib

Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı “Qazel” markalı avtomobilin sürücüsü Rövşən Vahidov kəmərindən istifadə etmədiyi üçün ona “saxla” işarəsi verilib.

DİN-in Xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, yoxlama zamanı R.Vahidovun qəbul etdiyinə dair şübhə yarandığından sürücü tibbi müayinədən keçirilib.

Nəticədə onun narkotik vasitə olan marixuana istifadə etdiyi müəyyənləşib.

Həmçinin, şəxsi axtarış zamanı əvvəllər də dəfələrlə məhkum olunmuş R.Vahidovdan marixuana aşkarlanıb. Faktla bağlı başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax