Operativ Məlumat Mərkəzi

Şəkidə narkokuryerlik edən şəxs tutulub

1 dəq
Paylaş:
Şəkidə narkokuryerlik edən şəxs tutulub

Şəki Şəhər Rayon Şöbəsinin əməkdaşlarının keçirdikləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 yaşlı Ramal saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-in Xidmətinin Şəki regional qrupundan bildirilib.

Ondan 1 270 qram heroin və 2 kiloqram 300 qram marixuana aşkar olunub. Araşdırmalarla R.Eyubovun maddi qazanc müqabilində şəxsiyyəti istintaqla araşdırılan şəxs tərəfindən narkokuryerliyə cəlb olunduğu müəyyən edilib. O, qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən həmin narkotik vasitələri sifariş əsasında Qazax rayonuna çatdırmalı və bunun qarşılığında maddi gəlir əldə etməli imiş.

Məhkəmənin qərarı ilə R.Eyubov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax