Operativ Məlumat Mərkəzi

Şəhid Muxtar Məmmədovun nəşi Naxçıvana gətirilib

1 dəq
Paylaş:
Şəhid Muxtar Məmmədovun nəşi Naxçıvana gətirilib

Mayın 16-da Hava Limanında birinci müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən rayonunun Dəmirçi kəndindən olan Muxtar Bayram oğlunun nəşinin qarşılanma mərasimi keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, qazilər, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin üçrəngli bayrağa bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib. Yaylım atəşi açılıb, “Qurani-Kərim”dən ayələr oxunub.

Sonra şəhidin cənazəsi doğulduğu Sədərək rayonunun Dəmirçi kəndinə yola salınıb.

Muxtar Məmmədov Birinci Qarabağ müharibəsində iştirak edib, 1994-cü il yanvarın 16-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşüb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax