Operativ Məlumat Mərkəzi

Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb

1 dəq
Paylaş:
Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb

Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlə narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan məhkum olunmuşlar Elvin İsmayılov və tanışı S.Gözəlova saxlanılıblar.

DİN-in xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, onların üzərindən 2 kiloqramdan çox olan heroin aşkarlanıb.

şəxslər ifadələrində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından əvvəlcədən müəyyənləşdirilən məkanlardan götürərək satışını həyata keçirməyi və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktla bağlı başlanılıb, araşdırmalar davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax