Operativ Məlumat Mərkəzi

Səbaildə 10 kq marixuana aşkarlanıb

1 dəq
Paylaş:
Səbaildə 10 kq marixuana aşkarlanıb

Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən zamanı məhkum olunmuş 31 yaşlı Elnur saxlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN məlumat verib.

Onun avtomobilindən 10 kiloqram 45 qram olan marixuana aşkarlanıb.

E.Məmmədov narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və pul müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanılıb, onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

E.Məmmədovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax