Əsas məzmuna keç

Şamaxıda süni göldə daşma təhlükəsi aradan qaldırılıb

Şamaxıda süni göldə daşma təhlükəsi aradan qaldırılıb

bu barədə FHN Mətbuat xidməti məlumat yayıb. Dərhal əraziyə Nazirliyin Mülki müdafiə qoşunlarının qüvvələri cəlb olunub. Görülmüş zəruri və...

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə nəticəsində rayonunun Çarhan kəndində yerləşən süni göldə suyun səviyyəsinin kəskin artması və gölün hər an daşaraq ətraf üçün təhlükə yaratması barədə məlumat daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Dərhal əraziyə Nazirliyin Mülki müdafiə qoşunlarının qüvvələri cəlb olunub.

Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində süni göldəki suyun səviyyəsi endirilərək daşma təhlükəsi aradan qaldırılıb.

Bundan əlavə, yağan intensiv yağışlar səbəbindən Kürdəmir şəhərində bəzi fərdi evlərin və həyətyanı sahələrin subasmaya məruz qalması barədə daxil olmuş məlumat əsasında əraziyə cəlb olunmuş Nazirliyin Aran Regional Mərkəzinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…