Operativ Məlumat Mərkəzi

Şamaxıda sel təhlükəsi ilə üzləşən 4 qadın xilas edilib

1 dəq
Paylaş:
Şamaxıda sel təhlükəsi ilə üzləşən 4 qadın xilas edilib
Şamaxıda sel təhlükəsi ilə üzləşən 4 qadın xilas edilib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Belə ki,...

Şamaxıda sel təhlükəsi ilə 4 qadın xilas edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, "112" qaynar xəttinə Şamaxı rayonu Qızmeydan kəndi ərazisində 4 qadının çayında sel gəlməsi nəticəsində təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində 4 nəfər xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax