Şamaxıda kişi dəm qazından boğulub. "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Nazim Hikmət küçəsi, ev 5 ünvanında yaşayan Hümbətov Emil Eyvaz oğlu dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Şamaxı rayon prokurorluğunda araşdırma aparılır.