Operativ Məlumat Mərkəzi

Sahibə Qafarova Mərakeş Nümayəndələr Palatasının sədri ilə görüşüb

4 dəq
Paylaş:
Sahibə Qafarova Mərakeş Nümayəndələr Palatasının sədri ilə görüşüb

Spiker mayın 16-da Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında iştirak üçün Azərbaycanda səfərdə olan Mərakeş Krallığının Palatasının sədri Raşid Talbi El Alami ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Sahibə Qafarova qonağı salamlayaraq, parlamentinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında iştirak etdiyinə görə ona təşəkkürünü bildirib. Azərbaycanın Mərakeş ilə əlaqələrin inkişafına böyük önəm verdiyini deyən spiker Sahibə Qafarova ortaq dini və mədəni dəyərlərimizin ölkələrimiz arasında əlaqələrə müsbət təsir göstərdiyini bildirib.

Sahibə Qafarova diplomatik münasibətlərimizin qurulmasının keçən il 30 illiyinin qeyd olunduğunu xatırladaraq, Ulu Öndər Heydər Əliyevin dövlətlərimiz arasında əlaqələrin inkişafındakı rolundan danışıb.

Siyasi, iqtisadi, mədəni sahələrdə, həmçinin parlamentlərarası əlaqələrdə münasibətlərin dərinləşdirilməsi, əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanlarından söz açan spiker Sahibə Qafarova Mərakeşin cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin işində fəal iştirakını yüksək qiymətləndirib. O, parlament əlaqələrinin ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm və müsbət təsirindən bəhs edib, bu istiqamətdə dostluq qruplarının əməkdaşlığının, parlamentarilərimizin təşkilatlarda birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasına dəvətə və göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edib. Raşid Talbi El Alami Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün gördüyü işləri yüksək qiymətləndirdiklərini bildirib. Qonaq deyib ki, vaxtilə Heydər Əliyevin əsasını qoyduğu siyasətin, gördüyü işlərin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanın indiki inkişaf səviyyəsinə çatması, həyatın bütün sahələrində nailiyyətlər əldə etməsi və qüdrətli dövlətə çevrilməsi onu sevindirir. Sonra qonaq ikitərəfli münasibətlərin və parlamentlərarası əlaqələrin inkişafı perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

Görüşdə tərəflər bir-birinin ərazi bötövlüklərini qarşılıqlı şəkildə dəstəklədikləri haqqında fikirlərini ifadə ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax