Operativ Məlumat Mərkəzi

Sahibə Qafarova belaruslu parlamentariləri COP29 çərçivəsində konfransa dəvət edib

2 dəq
Paylaş:
Sahibə Qafarova belaruslu parlamentariləri COP29 çərçivəsində konfransa dəvət edib

Milli Məclisin sədri Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova və Nümayəndələr Palatasının sədri İqor Sergeyenkonu Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Milli Məclisin Parlamentlərarası İttifaq ilə birlikdə təşkil ediləcək konfransa dəvət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Sahibə Qafarova bununla bağlı Belarusa səfəri zamanı keçirdiyi görüşlərdə müzakirə aparıb.

Sahibə Qafarova bildirib ki, və Belarus coğrafi baxımdan bir-birinə yaxın ölkələr olmasalar da, qarşılıqlı hörmət və etimada söykənən yüksək səviyyədə münasibətlər mövcuddur. O, parlamentlər arasında əlaqələrin də bu əsaslara söykəndiyini qeyd edib.

Görüşdə qanunverici orqanlarımızın həm ikitərəfli əsasda, həm də təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluq ifadə edilib. Spiker Sahibə Qafarova beynəlxalq fəaliyyət çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində əməkdaşlığın da önəmini qeyd edib.

Söhbət zamanı parlamentlərimiz arasında haqqında Anlaşma Memorandumunun imzalandığı xatırlanaraq, bu sənədin qanunverici orqanlarımız arasında əlaqələrin inkişafına töhfə verdiyi bildirilib.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma işlərində Belarus şirkətlərinin də iştirakı ilə bağlı əldə olunmuş razılaşma yüksək qiymətləndirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax