Operativ Məlumat Mərkəzi

Şahbaz Şərif: İlham Əliyevi və Azərbaycan xalqını sülh sazişi münasibətilə təbrik edirik

2 dəq
Paylaş:
Şahbaz Şərif: İlham Əliyevi və Azərbaycan xalqını sülh sazişi münasibətilə təbrik edirik

Pakistan ABŞ Prezidenti Donald Trampın himayəsi altında Ağ Evdə Respublikası ilə Respublikası arasında imzalanmış tarixi sülh sazişini alqışlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Pakistan Şahbaz Şərif “X” hesabında paylaşımında bildirib.

O qeyd edib ki, bu mühüm hadisə, onilliklər boyu münaqişə və insan iztirabları yaşamış Cənubi Qafqazda sülh, sabitlik və dövrünün başlanğıcını göstərir.

“Biz İlham Əliyevi və Azərbaycan xalqını, regionları üçün dinc gələcəyin yol xəritəsini müəyyənləşdirməkdə müdriklik, uzaqgörənlik və ağıllılıq nümayiş etdirən bu tarixi saziş münasibətilə təbrik edirik. Pakistan hər zaman qardaş Azərbaycan xalqının yanında olub və onların tarixlərindəki bu qürurlu anda da yanındadır.

Həmçinin, iki tərəfi bir araya gətirməkdə və ticarət, əlaqəlilik və regional inteqrasiyanın yeni yollarını açan bir sazişi təmin etməkdə ABŞ-ın, Prezident Donald Trampın rəhbərliyi altında göstərdiyi vasitəçilik rolunu yüksək qiymətləndiririk. Ümid edirik ki, bu dialoq ruhu uzunmüddətli münaqişələr yaşayan digər bölgələr üçün də nümunə olacaq”, - paylaşımda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax